Müğənni Pol Anka bildirib ki, özünü bir qədər də olsa şahzadə Diananın faciəvi ölümündə günahkar hesab edir. Bu barədə o, “Mənim yolum” adlı memuarlarında yazıb və itkinin onu illərlə necə təqib etdiyini təsvir edib.
Sənətçi, Diananın sevgilisi Dodi Əl-Fayedlə yaxın münasibətlərindən danışıb. Anka qeyd edib ki, zamanla Dodi onun üçün bir növ şəxsi məsləhətçiyə çevrilib. O xatırlayıb ki, faciədən az əvvəl Dodi ondan 150 min dollar borc istəyib. Pol əvvəlcə bu məbləği vermək istəmirdi, lakin Dodi atasına müraciət edə bilmədiyini deyərək onu inandırıb. Nəticədə Anka borcu verməyə razılaşıb.
Pol Anka illərdir özünə eyni sualı verir:
«Əgər mən Dodiyə pul verməsəydim? Bəlkə o, Los-Ancelesdə qalardı? Bəlkə bu gün həm o, həm də şahzadə Diana sağ olardılar?»
Müğənni əmindir ki, əgər borcu verməsəydi, bəlkə də faciə baş verməzdi. Mənbələrin məlumatına görə, o, bu günə qədər peşmanlıq hissindən qurtula bilmir.
Şahzadə Diana və Dodi Əl-Fayed 1997-ci ildə avtomobil qəzasında həlak olmuşdular. Hadisə zamanı Diananın cəmi 36 yaşı var idi.

