The Telegraph yazır ki, Venesuela prezidenti Nikolás Maduro ABŞ prezidenti Donald Trampdan telefon danışığı zamanı özünə 200 milyon dollar saxlamağa icazə verilməsini xahiş edib. Nəşrin məlumatına görə, Maduro həmçinin yüzə yaxın yüksək vəzifəli tərəfdaşına amnistiya, özünə isə üçüncü ölkədə sığınacaq istəyib.
Materialda qeyd olunur:
“15 dəqiqəlik telefon danışığı zamanı iki lider keçid hökumətinin necə formalaşmalı olması və cənab Maduronun Venesueladan hara getməli olduğu məsələsində ortaq fikrə gəlməyiblər.”
Məlumatlı mənbələrdən birinin sözlərinə görə, Tramp Maduraya Çin və ya Rusiyaya getməyi təklif edib. Lakin Maduro Qərb yarımkürəsində qalmaq istədiyini, məsələn, Kubada məskunlaşmağı üstün tutduğunu bildirib. Nəşrin məlumatına əsasən, Qətər tərəflər üçün mümkün kompromis variantı kimi ortaya çıxıb.

