DenMedia.az xəbər verir ki, Venesuela prezidenti Nikolás Maduro ABŞ lideri Donald Trampa açıq çağırış edərək, ölkəsinə hücum etməməsini xahiş edib.
Müharibəyə yox, müharibəyə yox. Yalnız sülh, yalnız sülh — həmişəlik, həmişəlik. Müharibə olmasın. Xaiş edirəm, xaiş edirəm, xaiş edirəm. — Maduro bu sözləri ingilis dilində, Karakasdakı tədbirdə səsləndirib.
“No war, no war. Only peace, only peace — forever, forever. No crazy war. Please, please, please,”
Bir gün əvvəl CNN, ABŞ rəsmilərinə istinadən, Ağ Evin Venesuelada kokain istehsalı obyektlərinə zərbə endirmək planlarını nəzərdən keçirdiyini xəbər vermişdi. Bununla belə, qərarın hələ qəbul olunmadığı vurğulanmışdı.

