Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, o, ABŞ prezidenti Donald Tramp ilə dialoqa açıqdır, bunu dünya KİV-ləri yazır.
Məlumatlara görə, Maduro Venesuela dövlət televiziyasının efirində çıxışı zamanı bildirib ki,
“Birləşmiş Ştatlarda Venesuela ilə danışmaq istəyən istənilən şəxs bunu üzbəüz, heç bir problem olmadan edəcək”.
O əlavə edib ki,
“yalnız diplomatiya azad ölkələrin və hökumətlərin bir-birini anlamağa imkan verir və yalnız dialoq onlara qarşılıqlı maraq doğuran məsələlər üzrə ortaq nöqtələr axtarmağa şərait yaradır”.
CNN diqqətə çatdırır ki, Karib hövzəsində ABŞ hərbi iştirakının artırıldığı şəraitdə Tramp
“müəyyən vaxtda Maduro ilə danışmağa hazır olduğunu”
bildirib və bununla diplomatik yolun mümkünlüyünə işarə edib.

