ABŞ prezidenti Donald Tramp yaxın zamanda Rusiya lideri Vladimir Putinlə danışdığını bildirib.
Denmedia.az xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərlə ünsiyyət zamanı deyib.
Prezidentdən son vaxtlar Rusiya prezidenti ilə birbaşa təmasların olub-olmadığı soruşulub.
Tramp “Bəli” cavabını verib, lakin heç bir detal açıqlamayıb.
Eyni zamanda Tramp qeyd edib ki, Ukrayna artıq ərazilərinin bir hissəsini itirib, lakin ABŞ Avropa ilə birlikdə təhlükəsizlik zəmanətlərinin verilməsi üzərində çalışır. Onun sözlərinə görə, əsas məqsəd gələcəkdə döyüşlərin yenidən başlamasının qarşısını almaqdır.
“Biz müharibənin yenidən alovlanmasını istəmirik,” — deyə ABŞ prezidenti vurğulayıb.

