Avropa Komissiyasının “İzvestiya” qəzetinə verdiyi məlumata görə, Gürcüstanın 2025-ci ilin yekunlarına əsasən Avropa İttifaqından €120 milyon məbləğində maliyyə yardımı alması böyük ehtimalla baş tutmayacaq. Söhbət Aİ-nin hələ 2024-cü ildə dondurduğu vəsaitdən gedir. Brüsseldə hesab ediblər ki, Gürcüstan “demokratiya meyarlarına cavab vermir”.
Avropa Komissiyasında vurğulanıb ki, 2025-ci il üçün ümumiyyətlə heç bir maliyyə dəstəyi planlaşdırılmayıb.
Bundan əlavə, maliyyə yardımının dayandırılması 2026-cı ili də əhatə edə bilər. Avropa Xalq Partiyasından olan Avropa Parlamenti deputatı Tomaş Zdehovski bildirib ki, Gürcüstanda “aydın siyasi dəyişikliklər” baş vermədiyi təqdirdə, maliyyələşmənin bərpası çox az ehtimal olunur.

