ABŞ Konqresinə təqdim olunan Pentaqon büdcə layihəsində 2026 və 2027-ci maliyyə illərində Ukraynaya dəstək üçün hər il 400 milyon dolların ayrılması nəzərdə tutulur. Bu barədə müvafiq sənəd Konqresə təqdim edilib və sənəd üzrə səsvermələr artıq bu həftə başlayacaq.
Layihəyə əsasən, 400 milyon dollarlıq maliyyələşdirmə 2026 və 2027-ci illər üçün ayrıca nəzərdə tutulub.
Bundan əlavə, qanun layihəsi ABŞ müdafiə nazirini Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması və ya tamamilə kəsilməsi hallarını Nümayəndələr Palatası və Senata məlumat verməyə məcbur edir.

