ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukraynanın bərpası fonduna rəhbərlik edəcəklər. Bu barədə amerikalı jurnalist Seymur Herş öz saytında yazıb.
“Mənə bildirilib ki, Trampın ikinci prezidentliyi dövründə sərvətlərini əhəmiyyətli dərəcədə artırmış bu iki şəxs ABŞ-ın Ukraynanın bərpasında iştirak edən istənilən şirkətin əldə etdiyi gəlirin 50 faizini almasını tələb edir”, — deyə Herş qeyd edib.
Onun sözlərinə görə, Uitkoff və Kuşnerin rəhbərlik edəcəyi yeni struktur podratçıların seçilməsinə və vəsaitlərin bölüşdürülməsinə cavabdeh olacaq. Jurnalist əlavə edib ki, maliyyənin necə paylanacağı ilə bağlı detallarla bağlı müzakirələr hələ də davam edir.

