ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və biznesmen Cared Kuşner Brüsseldə Ukrayna prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşü ləğv ediblər. Bu barədə Euronews jurnalisti Aleks Rafoglu X sosial şəbəkəsində mənbələrə istinadən yazıb.
Rafoglu bildirib:
“Zelenski evə qayıdır.”
Jurnalist əlavə heç bir detal açıqlamayıb. Hazırda görüşün səbəbi barədə rəsmi məlumat da yoxdur.

