Nyu-York dairə məhkəməsi ABŞ hökumətinə maliyyəçi Ceffri Epşteyn işi üzrə əlavə məhkəmə materiallarını açıqlamağa icazə verib.
Bu barədə RİA Novosti məhkəmə sənədinə istinadən xəbər yayıb.
“Məhkəmə hökumətin vəsatətini təmin edir və Epşteyn işi üzrə materialların şəffaflığı haqqında qanuna uyğun olaraq qərar qəbul edir. Eyni zamanda, Epşteynin qurbanlarının şəxsiyyətinin qorunması hüququ təmin edilməlidir,” – deyə qərarda bildirilir.
Məlumata görə, qərar 2019-cu il üzrə aparılmış istintaq materiallarına aiddir.
Qeyd edək ki, 20 noyabrda ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə 30 gün ərzində Epşteyn işi üzrə federal istintaq materiallarının tam həcmdə açıqlanmasını tələb edən qanunu imzalayıb.
Epşteynə qarşı ittihamlara görə, o, 2002–2005-ci illərdə Nyu-York və şəxsi adasında onlarla yetkinlik yaşına çatmayan qızların səfərlərini təşkil edib. İstintaq materiallarına əsasən, dəvət olunanlar arasında ən gənc qızın cəmi 14 yaşı olub.
2019-cu ilin avqustunda Epşteyn həbsxana kamerasında yarı huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

