İranın İlam vilayətində naməlum şəxslər odlu silahlarla küçələrə çıxıb. Bu barədə Mehr agentliyi məlumat yayıb və müvafiq videogörüntüləri dərc edib.
Kadrlarda üzləri maskalı, odlu silahlar daşıyan bir qrup şəxsin küçədə hərəkət etdiyi əks olunub.
Xatırladaq ki, dekabrın sonlarında İranda milli valyuta — rialın kəskin ucuzlaşması fonunda etirazlar başlayıb. 2 yanvar tarixində ölkənin qərbində yerləşən Həmədan şəhərində etirazçılar Qurani-Kərimi yandırıb və məscidə hücum etməyə cəhd göstəriblər. Yerli KİV-lərin məlumatına görə, Sədəf rayonunda digər dini ədəbiyyat da yandırılıb. Təxminən 20 nəfərlik başqa bir qrupun məscidə hücum cəhdi isə qarşısı alınaraq baş tutmayıb.
Bundan əlavə, İranın qərbindəki Lorestan vilayətində iğtişaş iştirakçıları inzibati binaları, o cümlədən vilayət qubernatorunun ofisini və məscidi daş-qalaq edib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

