İranın Həmədan şəhərində etiraz aksiyası zamanı bir qrup sakin Qurani-Kərimi yandırıb və məscidə hücum etməyə cəhd göstərib.
Bu barədə Tasnim agentliyi 2 dekabr, cümə günü məlumat yayıb.
Bildirilir ki, etirazçılar Sədəf rayonunda toplaşıblar. Aksiya zamanı onlar digər dini kitabları da yandırıblar. Məscidə hücum etməyi planlaşdıranların sayının təxminən 20 nəfər olduğu qeyd olunur.
Məlumata görə, yerli sakinlərin binaya daxil olmaq cəhdinin qarşısı alınıb. Bu barədə agentliyin Telegram kanalı xəbər yayıb.
Qeyd edək ki, dekabrın sonlarında ölkədə milli valyuta – İran rialının kəskin ucuzlaşması fonunda kütləvi etirazlar başlayıb.

