Nyu-York dairə məhkəməsi RIA Novostiyə Venesuela Prezidenti Nikolas Maduroya qarşı qaldırılmış iş üzrə ilk məhkəmə iclasının tarix və saatını təsdiqləyib. ABŞ hakimiyyətinin təşəbbüsü ilə başladılan proses 5 yanvar 2026-cı il, bazar ertəsi günü Moskva vaxtı ilə saat 20:00-da start götürəcək.
Məlumata görə, dinləmələr hakim Alvin K. Hellersteinin sədrliyi ilə keçiriləcək. ABŞ tərəfi Maduronu bir sıra ağır cinayətlərdə, o cümlədən narkoterror fəaliyyətində ittiham edir.
Məhkəmədən bildirilib ki, iclas ABŞ-ın şərq vaxtı ilə saat 12:00-da baş tutacaq.

