ABŞ-nin Venesuelaya müdaxiləsindən və Prezident Nikolas Maduro ilə həyat yoldaşının tutulmasından sonra Venesuela Müdafiə Şurası fövqəladə iclas keçirib.
“Denmedia.az” xəbər verir ki, iclasda çıxış edən vitse-prezident Delsi Rodrigez ABŞ-dən Prezident Maduronun dərhal azad edilməsini tələb edib.
Rodrigez ölkədə sakitliyin qorunmasına və milli müdafiənin gücləndirilməsinə çağırış edib.
“Venesuela heç bir ölkənin müstəmləkəsi olmayacaq”, - deyən Rodrigez Nikolas Maduronu ölkənin yeganə qanuni prezidenti kimi təqdim edib.
O, ABŞ administrasiyasını beynəlxalq hüququ pozmaqda ittiham edib:
“Venesuelaya qarşı edilənlər tarix və ədalət qarşısında cavabsız qalmayacaq”.
Rodrigez ölkədə vəziyyətin hazırda nəzarət altında olduğunu və bu sabitliyin qorunacağını vurğulayıb.

