ABŞ-da irəli sürülmüş ittihamlar üzrə Venesuela Prezidenti Nikolas Maduronu hər maddə üzrə dörd dəfə ömürlük həbs cəzası gözləyə bilər.
Bu barədə RIA Novosti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 2020-ci ilin martında Maduro və onun ehtimal edilən tərəfdaşları dörd əsas ittiham üzrə məsuliyyətə cəlb olunub. İttihamlar narkoterror fəaliyyətinə dair sui-qəsddə iştirak, ABŞ-a kokain qaçaqmalçılığı, narkoterror fəaliyyəti çərçivəsində pulemyot və partlayıcı qurğuların istifadəsi və saxlanılması, eləcə də bu silah və qurğuların tətbiqi məqsədilə sui-qəsddə iştirakla bağlıdır.

