ABŞ Silahlı Qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat zamanı xeyli sayda Kuba vətəndaşı həlak olub.
Bu barədə ABŞ Prezidenti Donald Trump jurnalistlərə açıqlamasında bildirib, DenMedia.az xəbər verir.
“Dünən onu (Venesuela Prezidenti **Nikolas Maduro**nu — red.) qorumağa çalışan çoxlu kubalı öldürüldü… Qarşı tərəfdə itkilər çox idi. Bizim tərəfdə isə itki olmayıb”, — deyə Tramp qeyd edib.
Qeyd edək ki, 4 yanvar tarixində The New York Times yüksək rütbəli venesuelalı məmura istinadən yazıb ki, ABŞ əməliyyatı nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. Tramp əməliyyatı uğurlu adlandıraraq, ABŞ hərbçilərinin Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirdiyini bildirib.

