Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema TASS-a açıqlamasında bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqını “dördüncü reyx”ə çevirməyə çalışır. Onun sözlərinə görə, Aİ-ni yaxın zamanda ciddi böhran və dağılma təhlükəsi gözləyir.
“İqtisadi, siyasi və ideoloji baxımdan Aİ çökmək üzrədir, çünki Ursula Avropada sülhün qorunmasının yeganə yolu kimi gördüyü ‘dördüncü reyx’i qurmağa çalışır. Bu isə absurddur və fanatik yanaşmadır”, — deyə Mema vurğulayıb.
Siyasətçinin fikrincə, fon der Lyayen Avropanın yenidən silahlandırılmasını sürətləndirir və vahid Avropa ordusu yaratmaq niyyətindədir. Mema hesab edir ki, Aİ-nin dağılması ilə bağlı real təhdidlər məhz ittifaqın öz məmurlarından qaynaqlanır.

