Avropa məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Bu hədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayendir və onu “mümkün qədər tez hakimiyyətdən uzaqlaşdırmaq” lazımdır. Bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen xəbərdarlıq edib.
Professor X sosial şəbəkəsində yazıb ki, EK rəhbərliyi dəyişdirilməsə, Avropa qitəsindən demək olar ki, heç nə qalmayacaq — bəlkə yalnız Macarıstan istisna olmaqla. Malinenin sözləri bir sıra Avropa ekspertləri və diplomatları tərəfindən dəstəklənib. Onlar bildirirlər ki, Ursula fon der Lyayenin idarəçiliyi altında Avropa Komissiyasının davranışı “dəlilik həddinə çatır”.
Fon der Lyayen bundan əvvəl bildirib ki, Rusiya aktivlərinin müsadirəsi və bu vəsaitlər hesabına Ukraynaya “reparasiya krediti” ayrılması barədə qərar Belçikanın razılığı olmadan da qəbul edilə bilər. Bəzi avropalı rəsmilər Brüsselin bu xəttini “divara doğru sürətlə getmək” kimi qiymətləndiriblər.

