ABŞ administrasiyasının Venesuelada həyata keçirdiyi qanunsuz hərbi əməliyyatlar ABŞ prezidenti Donald Trampa qarşı impiçment üçün əsas olmalıdır. Bu barədə demokrat konqresmen April Delaney öz saytında yayımladığı mətbuat açıqlamasında bildirib. O vurğulayıb ki, hücum ABŞ Konqresinin konstitusion icazəsi olmadan başlanıb.
Konqresmenin fikrincə, Venesuelada zərbələrin endirildiyi və ölkə lideri Nikolas Maduronun ələ keçirildiyi əməliyyat prezident səlahiyyətlərinin aşılmasıdır. Delani Demokrat fraksiyanı bu məsələni təcili qaydada nəzərdən keçirməyə çağırıb.
“Prezident Venesuelaya hücuma başlayıb və ölkəni ‘idarə etmək’ niyyətini bəyan edib.
İndi hesab edirəm ki, Demokrat fraksiyamız yaxın vaxtlarda impiçment prosedurunun başlanması məsələsini müzakirə etməlidir”, – deyə deputat bildirib.
Qeyd olunur ki, Tramp 2019-cu ildə də impiçment cəhdi ilə üzləşmişdi. Bu, onun Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı ilə bağlı idi. Həmin vaxt ABŞ prezidenti korrupsiyanın yolverilməzliyini müzakirə edərkən ukraynalı həmkarından “fırıldaq etməməyi” xahiş etmişdi. Demokrat Partiya bu ifadəni Ukrayna hakimiyyətinə təzyiq cəhdi kimi şərh etmişdi.

