ABŞ Nümayəndələr Palatasının üzvü Set Molton Pentaqon rəhbəri Pit Hegsetin dərhal istefaya göndərilməsinin zəruri olduğunu bildirib. Bu barədə o, CNN telekanalına müsahibəsində deyib.
Moltonun sözlərinə görə, Hegset “ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir” və ölkə üçün “hüquqi və mənəvi risk yaradır”.
Bununla yanaşı, konqresmen qeyd edib ki, Hegsetin dərhal vəzifədən uzaqlaşdırılması cəhdi əksinə ABŞ Prezidenti Donald Trampın ona dəstəyini gücləndirə bilər, halbuki Trampa birinci müddətində artıq iki dəfə impiçment layihəsi irəli sürülmüşdü.

