ABŞ Venesueladakı hərbi obyektlərə zərbə endirməyə hazırlaşır.
DenMedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrinə istinadla məlumat yayıb.
“ABŞ, narkoticarət üçün istifadə edildiyi iddia olunan Venesuela hərbi obyektlərinə zərbələr planlaşdırır. Əgər prezident Donald Tramp hərbi əməliyyatlara başlamaq qərarı versə, narkokartellər və rejimin infrastruktur obyektləri hücuma məruz qala bilər,” — deyə nəşrdə bildirilir.
WSJ-nin mənbələrinə görə, Tramp administrasiyası artıq Venesuelada bir sıra hədəfləri müəyyən edib, o cümlədən narkotik qaçaqmalçılığında istifadə olunduğu bildirilən hərbi obyektləri.
Potensial hava əməliyyatı narkokartellərin təsir dairəsindəki və Venesuela prezidenti Nikolas Maduronun nəzarətində olduğu iddia edilən hədəflərə yönələcək.
Eyni zamanda qəzet yazır ki, Tramp ölkəyə qarşı quru əməliyyatlarına dair hələ yekun qərar verməyib.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                