ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı zərbələri genişləndirmək, o cümlədən ölkənin quru ərazisinə hərbi müdaxilə ehtimalını nəzərdən keçirir.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem məlumat verib, — Politico yazır.
“Prezident Tramp dünən mənə bildirdi ki, Asiya səfərindən qayıtdıqdan sonra Konqres üzvlərini Venesuela və Kolumbiyaya qarşı mümkün hərbi əməliyyatlar barədə məlumatlandırmağı planlaşdırır,” – deyə Qrem açıqlayıb.

