ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə bildirib ki, ABŞ ordusu tezliklə Latın Amerikasında, xüsusən də Meksikada narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlayacaq.
Trampın sözlərinə görə, narkokartellər Meksikanı idarə edir və o, bu vəziyyəti kədər hissi ilə izləyir.
“Biz quru əməliyyatına başlamağa hazırlaşırıq”, — deyə Ağ Evin rəhbəri vurğulayıb.

