ABŞ prezidenti Donald Tramp katolik Milad bayramı münasibətilə amerikalı hərbçiləri təbrik edərkən Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarının başladılacağını açıqlayıb. Prezidentin çıxışı Fox 9 telekanalı vasitəsilə yayımlanıb.
Tramp bildirib ki, ABŞ-ın gördüyü tədbirlər nəticəsində regiondan dəniz yolu ilə narkotik daşınması 96 faiz azaldılıb.
“Hazırda qalan 4 faizin kimlər tərəfindən həyata keçirildiyini müəyyən etməyə çalışırıq, çünki ümumilikdə axını demək olar ki, tamamilə bağlamışıq”, — deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, növbəti mərhələdə əsas diqqət narkokartellərlə quruda mübarizəyə yönələcək. Prezident vurğulayıb ki, ABŞ narkotik ticarətinə qarşı mübarizəni daha sərt və sistemli şəkildə davam etdirmək niyyətindədir.

