DenMedia.az xəbər verir ki, ABŞ müdafiə naziri Pit Hegset sosial şəbəkə X-də bildirib ki, ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan “Tren de Aragua” qruplaşmasına məxsus gəmiyə zərbə endirib.
“Müdafiə Nazirliyi Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan, terror təşkilatı kimi tanınan ‘Tren de Aragua’nın idarə etdiyi gəmiyə kinetik zərbə endirib,” — deyə Hegset yazıb.
Nazirin sözlərinə görə, gəmidə altı “narkoterrorçu” olub və onların hamısı zərbə nəticəsində məhv edilib.
Hadisədən bir gün əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Amerika ordusu Latın Amerikası ölkələrində narkokartellərə qarşı quru əməliyyatlarına başlaya bilər.

