Ukrayna Avropa İttifaqından €90 milyard məbləğində kredit yalnız korrupsiya ilə mübarizəyə başladığı halda alacaq. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransında bildirib. Qeyd olunan vəsaitlər 2026 və 2027-ci illər üçün Kiyevin maliyyə ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Onun sözlərinə görə, investisiyalar Ukraynanın Avropa İttifaqına üzvlüyə yaxınlaşmasına yönəlmiş islahatların həyata keçirilməsi ilə şərtləndirilir. Bu islahatlara güclü demokratik proseslərə sadiqlik, hüququn aliliyi və korrupsiyaya qarşı tədbirlər daxildir.

