Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı Suriyaya 722 milyon dollar (təxminən 620 milyon avro) məbləğində maliyyə dəstəyi ayıracaq. Bu vəsait müharibədən sonrakı bərpa, humanitar yardım və ikitərəfli layihələr üçün nəzərdə tutulub.
Maliyyə paketi 2026–2027-ci illəri əhatə edəcək. Fon der Lyayenin sözlərinə görə, uzun illər davam edən müharibə Suriyada infrastrukturun, iqtisadiyyatın və sosial sistemin demək olar ki, tam dağılmasına səbəb olub və ölkənin bərpası üçün böyük həcmdə beynəlxalq yardım tələb olunur.
Avropa İttifaqı bu yardım çərçivəsində:
-
müharibədən zərər çəkmiş bölgələrin bərpasını,
-
əhaliyə humanitar dəstəyi,
-
dövlət institutlarının yenidən qurulmasını,
-
Suriyanın beynəlxalq sistemə mərhələli şəkildə qaytarılmasını hədəfləyir.
Fon der Lyayen həmçinin qeyd edib ki, Aİ Suriyayla siyasi dialoqu bərpa etməyi və gələcəkdə əməkdaşlıq mexanizmlərini yenidən işə salmağı planlaşdırır. Bu proses Aİ-nin əvvəlki illərdə tətbiq etdiyi sanksiyaların yumşaldılması fonunda baş verir.

