ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı “Sülh Şurası”nın yaradıldığını açıqlayıb. O, Truth Social sosial şəbəkəsində şuranın üzvlərinin tezliklə elan ediləcəyini bildirib.
“Sülh Şurasının yaradıldığını elan etmək mənim üçün böyük şərəfdir. Şuranın üzvləri yaxın vaxtlarda açıqlanacaq, lakin əminliklə deyə bilərəm ki, bu, indiyədək harada və nə vaxt olmasından asılı olmayaraq yaradılmış ən böyük və ən nüfuzlu şuradır”, — deyə Tramp yazıb.

