Fransa Prezidenti Emmanuel Makronun reytinqi fransızlar arasında azalmağa davam edir. Bu, Ipsos BVA şirkətinin CESI ali mühəndislik məktəbi ilə tərəfdaşlıq çərçivəsində, La Tribune Dimanche üçün keçirdiyi sorğunun nəticələrində əksini tapıb.
Araşdırmanın nəticələrini şərh edən Ipsos BVA-nın icraçı direktoru Bris Töntürye bildirib ki, “ən təəccüblü məqam onun öz dəstək bazasının nə qədər kövrək olmasıdır”.

