Fransa Prezidenti Emmanuel Makronun çərşənbə axşamı çıxış edəcəyi gözlənilir.
“DenMedia.az” xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.
Məlumata görə, Makron istefa etmiş Baş Nazir Sebastyen Lekornyaya ölkədə yaranmış siyasi böhrandan çıxış yolları üzrə siyasi partiyalarla məsləhətləşmə üçün verdiyi 48 saatlıq müddətin bitməsindən sonra çıxış edəcək.
Nəşr qeyd edir ki, Makronun çıxışında Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması məsələsi də müzakirə oluna bilər. Buna işarə olaraq Makronun çərşənbə axşamı Senat spikeri Jerar Larş və Milli Assambleya sədri Yael Bron-Pive ilə görüşləri göstərilir. Belə məsləhətləşmələr Fransa Konstitusiyasının 12-ci maddəsinə əsasən aşağı palatanın buraxılmasından əvvəl keçirilir.