ABŞ prezidenti Donald Trampın reytinqi 42 faizə yüksəlib. Bu, Ipsos şirkəti və Reuters agentliyinin birgə keçirdiyi sorğunun nəticələrindən məlum olur.
Qeyd olunur ki, bu göstərici 2025-ci ilin oktyabr ayından bəri Tramp üçün ən yüksək dəstək səviyyəsidir.
“Trampın təsdiqlənmə reytinqi 42 faiz təşkil edir — bu, dekabr sorğusundakı 39 faizdən daha yüksəkdir”, – deyə agentliyin dərc etdiyi materialda bildirilir.
Sorğu həmçinin göstərib ki, amerikalıların üçdə biri ABŞ-ın Venesuelaya endirdiyi zərbələri dəstəkləyir. Bununla yanaşı, respondentlərin 72 faizi ABŞ-ın Latın Amerikası ölkəsinin işlərinə həddindən artıq dərəcədə cəlb oluna biləcəyindən narahatdır.
Sorğu 4–5 yanvar tarixlərində ABŞ-ın 1248 yetkin vətəndaşı arasında keçirilib. Statistik səhv ehtimalı təxminən üç faiz bəndi təşkil edib.

