Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres təşkilatın mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib ki, müasir dünyada güc qanunu hökm sürür, beynəlxalq hüquq isə geniş şəkildə ignor edilir. O, çoxtərəfli institutların dərin böhran yaşadığını və qlobal təhlükəsizliyi sarsıdan “cəzasızlıq epidemiyası”nın mövcudluğunu vurğulayıb.
“Biz elə bir dünyada yaşayırıq ki, xüsusilə məsuliyyətsiz addımlar təhlükəli, asimmetrik və proqnozlaşdırılması mümkün olmayan reaksiyalar doğurur. Güc qanunu hüququn gücündən üstün tutulur, beynəlxalq hüquq tapdanır, əməkdaşlıq dağılır, çoxtərəfli institutlar isə bir çox cəbhələrdə hücum altındadır”, — deyə Quterreş bildirib.
BMT baş katibi qeyd edib ki, hüquqi normalara qayıdış olmadan dünya xaosa sürüklənə bilər və bu halda münaqişələrin qarşısının alınması üçün kollektiv mexanizmlər işləməz hala düşər. Onun sözlərinə görə, mövcud etimad böhranı qlobal institutların təhdidlərə effektiv cavab verə bilməməsi ilə daha da dərinləşir.

