Rəcəb Tayyib Ərdoğan qlobal siyasətdə sülh və təhlükəsizlik anlayışının tədricən Türkiyənin illərdir xəbərdarlıq etdiyi reallığa uyğun formalaşdığını bildirib.
Türkiyə liderinin sözlərinə görə, bu gün Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində müzakirə olunan böhranlar və sistemli problemlər Ankara tərəfindən uzun müddətdir beynəlxalq platformalarda qaldırılırdı.
Ərdoğan vurğulayıb ki, qlobal idarəetmə sisteminə yönələn tənqidlər indi baş verən proseslər fonunda öz doğruluğunu açıq şəkildə sübut edir. Onun fikrincə, mövcud beynəlxalq nizam dərin struktur böhranı yaşayır və bu vəziyyət alternativ yanaşmalara ehtiyacı daha da aktuallaşdırır.

