Böyük Britaniyada son bir il ərzində təxminən 50 min məhbus azadlığa buraxılıb.
Bu barədə The Times qəzeti krallığın Ədliyyə Nazirliyinin məlumatlarına istinadən yazır.
Məlumata görə, 2024-cü ilin sentyabrından etibarən ölkədə həbsxanaların həddindən artıq doluluğu ilə mübarizə məqsədilə xüsusi proqram tətbiq olunmağa başlayıb. Proqrama əsasən, cəzasının 40 faizini çəkmiş məhbuslar mərhələli şəkildə azadlığa buraxılır.
Bu qərar İngiltərə və Uelsdə həbsxana sistemindəki məhbus sayının rekord həddə — 88 min 521 nəfərə çatmasından sonra qəbul edilib. Həbsxanalarda yer çatışmazlığı hökuməti fövqəladə addımlar atmağa vadar edib.

