Bəzi məhbuslar Britaniya həbsxanalarında yer çatışmazlığı səbəbindən azad olunacaqlar.
Den.az xəbər verir ki, Böyük Britaniya hökuməti ölkə həbsxanalarında sıxlıq olduğu üçün bəzi cinayətkarları müvəqqəti olaraq azad etmək qərarına gəlib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bundan əlavə, cəzaçəkmə müəssisələrində sıxlığın yaranması ilə mübarizə məqsədilə həyata keçirilən fövqəladə tədbirlər çərçivəsində bəzi məhkəmə iclasları təxirə salınacaq.
Agentlik bildirir ki, daha uzun həbs cəzaları və ağır cinayətlərə daha sərt yanaşma fonunda İngiltərə və Uelsdə son 30 ildə məhbusların sayı iki dəfə artıb.
Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü bildirib ki, vaxtından əvvəl azadlığa buraxılma yalnız cəza müddəti bitmək üzrə olanlara şamil ediləcək.
Azadlığa çıxan şəxslər hələ də ciddi nəzarət altında olacaqlar.
Bu tədbir terrorizm, cinsi təcavüz və ya ciddi zorakılığa görə məhkum olunmuş cinayətkarlara şamil edilməyəcək. Həbsxana müdirləri də bəzi məhbusların azadlığa buraxılmasına mane ola bilər.
Günəş Fərəh
Den.az
Britaniyadan ŞOK QƏRAR: Bəzi məhbuslar bu səbəbdən həbsxanadan buraxılacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.