Aİ ölkələrinin daimi nümayəndələri bazar ertəsi keçirilən növbədənkənar iclasda Kiyevə kredit ayrılması ilə bağlı Avropa Parlamenti ilə danışıqlar üçün mandatı müzakirə ediblər. Görüşün gündəliyindən aydın olur ki, söhbət 90 milyard avro məbləğində ödənişdən gedir.
Bildirilir ki, iclasda 2026–2027-ci illər üçün Ukraynaya maliyyə dəstəyi məsələsi fəal şəkildə nəzərdən keçirilir. Bu dəstək üçün öncədən danışıqların aparılması və Avropa Parlamentinin razılığı tələb olunur.
İştirakçılar bir neçə mümkün variantı müzakirə edirlər. Onların sırasında Aİ-nin 2021–2027-ci illər üçün çoxillik maliyyə çərçivəsinə dəyişiklik edilməsi, Ukrayna üçün 2026–2027-ci illəri əhatə edən yeni kredit alətinin yaradılması və Ukraine Facility mexanizminin tənzimlənməsi yer alır.

