Avropa İttifaqının Kiyevə 90 milyard avro məbləğində kredit ayırmaq təşəbbüsü Fransanın borc problemlərini daha da dərinləşdirə bilər.
DenMedia.az xəbər verir ki, bu barədə Fransanın Le Figaro qəzeti yazır.
Nəşr qeyd edir ki, 2025-ci ildə Fransanın dövlət borcu ÜDM-in 117,4 faizi səviyyəsinə çatıb. Məqalədə vurğulanır ki, bu vəziyyət “şok effekti yaratmalı idi”, lakin nəticədə yalnız “problemin kollektiv şəkildə inkarına” gətirib çıxarıb.
“Fransa balanslaşdırılmış büdcəni qəbul etməkdə çətinlik çəkdiyi bir vaxtda, borc vəsaitləri hesabına maliyyələşdirilən Avropa kreditlərinin Ukraynaya ayrılması ciddi suallar doğurur”, — deyə nəşrdə bildirilir.

