Amerikalı aktrisa və rejissor Ancelina Coli ən azı iki dəfə maliyyəçi Ceffri Epşteyni filmlərinin qapalı premyera nümayişlərinə dəvət edib. Bu barədə RIA Novosti iş adamının işi üzrə yeni açıqlanan məxfi sənədlərə istinadən xəbər verir. Hər iki halda Epşteyn dəvəti qəbul etdiyini təsdiqləyib.
Məlumata görə, 2014-cü ilin noyabrında Coli onun rejissoru olduğu Sarsılmaz filminin nümayişi və şam yeməyi ilə bağlı Epşteynə dəvət göndərib. Cavab məktubunda Epşteynin “mütləq bu nümayişdə olacağı” və iki qonaqla gələcəyi qeyd edilib.
Oxşar təsdiq 2017-ci ilin sentyabrına aid yazışmalarda da yer alıb. Həmin məktub Colinin digər rejissor işi olan Əvvəlcə atamı öldürdülər filminin premyerası ilə bağlıdır və burada da Epşteynin nümayişdə iştirak edəcəyi bildirilir.

