NLO ilə bağlı məxfilikdən çıxarılmış sənədlərin toplandığı The Black Vault saytından 3,8 milyon gizli faylın silindiyi bildirilir.
Bu barədə Böyük Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə ABŞ Prezidenti Donald Trump-ın NLO ilə bağlı sənədlərin açıqlanacağına dair bəyanatından sonra baş verib.
Bildirilir ki, fevralın 20-də The Black Vault-un əsas serveri tam şəkildə təmizlənib və nəticədə yüzlərlə giqabayt həcmində arxiv materialları silinib.
Hadisə NLO mövzusunda illərdir aparılan araşdırmalar və məxfi sənədlərin taleyi ilə bağlı yeni suallar doğurub. İnformasiya təhlükəsizliyi və arxivlərin qorunması məsələsi yenidən gündəmə gəlib.

