ABŞ Ədliyyə Nazirliyinin saytında amerikalı maliyyəçi Jeffrey Epsteinin işi üzrə sənədlərin yerləşdirildiyi bölmədən azı 16 fayl itib.
Associated Pressin iddiasına görə, yoxa çıxan fayllar arasında çılpaq qadınların təsvir olunduğu rəsmlərin şəkilləri, eləcə də komodun üzərinə və siyirmələrə düzülmüş bir sıra fotoların çəkildiyi görüntü də var idi. Həmin fotolarda ABŞ prezidenti Donald Trump, Epşteyn, Trampın həyat yoldaşı Melania Trump və Epşteynin uzun illər yaxın əməkdaşı olmuş Ghislaine Maxwell bir yerdə görünürdü.
ABŞ Ədliyyə Nazirliyi faylların niyə silindiyini və bunun qəsdən olub-olmadığını açıqlamayıb.
20 dekabrda Federal Bureau of Investigation Epşteyn işi üzrə yeni materialları dərc edib.
Daily Mail yazırdı ki, Epşteynin mənzilində mavi libas və hündürdaban ayaqqabı geyinmiş **Bill Clinton**in portreti saxlanılırdı. Bundan başqa, məxfilikdən çıxarılan fotolardan birində Klinton insan alverinə görə məhkum edilmiş **Ghislaine Maxwell**lə birlikdə hovuzda üzür. Digər şəkildə isə ABŞ-ın sabiq prezidenti cakuzi-də istirahət edir.

