ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh nizamlanmasına dair bütün sənədlərin eyni vaxtda imzalanacağı genişmiqyaslı mərasim təşkil etməyi planlaşdırır. Bu barədə Volodimir Zelenski CNN telekanalına müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, söhbət ayrı-ayrı razılaşmalardan ibarət paketdən gedir: Kiyev və Moskva arasında sənəd, eləcə də Ukrayna ilə Qərb tərəfdaşları — ABŞ və Avropa — arasında təhlükəsizlik zəmanətləri ilə bağlı sazişlər.
Bununla belə, Ukrayna lideri prosesin ardıcıllığına dair öz mövqeyini ifadə edib. O, əvvəlcə məhz təhlükəsizlik zəmanətlərinin razılaşdırılmasını və ABŞ Konqresi tərəfindən ratifikasiya olunmasını zəruri sayır. Yalnız bundan sonra digər sənədlərin imzalanmasının mümkün ola biləcəyini bildirib.

