Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsinin rəhbəri Hans-Ekhard Zommer ölkəni könüllü şəkildə tərk edən əcnəbilərə verilən maliyyə mükafatlarının artırılmasını təklif edib. Bu barədə Spiegel nəşri məlumat yayıb.
Onun sözlərinə görə, hazırda könüllü şəkildə ölkədən gedən miqrantlara verilən təxminən 1000 avro məbləğində ödəniş onların vətənlərinə qayıtması üçün kifayət qədər motivasiya yaratmır.
Zommer bildirib ki, deportasiya yalnız son tədbir olmalıdır və hökumət miqrantların könüllü qayıdışını daha cəlbedici etməlidir. Onun fikrincə, maliyyə dəstəyinin artırılması həm miqrasiya sisteminə düşən yükü azalda, həm də dövlət büdcəsinə olan xərcləri aşağı sala bilər.

