Latviya hakimiyyəti 841 Rusiya vətəndaşına 13 oktyabra qədər ölkəni tərk etməyi əmr edib.
DenMedia.az xəbər verir ki, bu barədə Politico nəşri Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə (OCMA) istinadla xəbər verib.
Əks halda bu şəxsləri deportasiya gözləyir.
Qərar miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi çərçivəsində qəbul edilib.
Yeni qaydalara əsasən, Latviyada daimi yaşayan Rusiya vətəndaşları latış dilini A2 səviyyəsində bildiklərini təsdiqləməli, təhlükəsizlik yoxlamasından keçməli və Aİ-nin uzunmüddətli rezident statusu üçün müraciət etməlidirlər.
OCMA-nın məlumatına görə, yeni qaydalar təxminən 30 min Rusiya vətəndaşına şamil olunur.
Onların əksəriyyəti tələbləri yerinə yetirib, 2,6 min nəfər ölkəni könüllü tərk edib, lakin 841 nəfər sənədləri vaxtında təqdim etmədiyi üçün Latviyada qanunsuz vəziyyətdə qalıb.