Polşa öz vətənlərinə geri dönməyə razı olan miqrantlara pul ödəməyə hazırdır.
Den.az xəbər verir ki, bu barədə “Radio Zet” radiostansiyası məlumat yayıb.
“Bu, müəyyən bir şəxsin könüllü olaraq öz vətəninə qayıtması şansını artıran vasitələrdən biridir. Ödənişlər haqqında qanun layihəsi ilin sonuna kimi Seym deputatlarının müzakirəsinə təqdim edilməlidir. Təsdiqlənərsə, ödənişlər 2026-cı ilin yanvarında ödənməyə başlaya bilər. Ancaq biz İtaliya və ya Böyük Britaniyada olduğu kimi miqrantlar üçün düşərgələrin yaradılması imkanlarını istisna edirik” – deyə Polşanın Daxili işlər və administrasiya nazirinin müavini vurğulayıb.
Polşalı məmur ölkəni tərk etməyə razı olan miqrantlara nə qədər pul veriləcəyini açıqlamayıb.
Günəş Fərəh
Den.az
Polşa öz vətənlərinə geri dönməyə razı olan miqrantlara pul ödəməyə hazırdır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.