BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau bildirib ki, Yaxın Şərqdə münaqişə iyuna qədər davam edərsə, dünyada aclıqdan əziyyət çəkən insanların sayı kəskin artaraq tarixi maksimuma çata bilər.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
“Əgər Yaxın Şərqdə münaqişə iyuna qədər davam edərsə, qiymət artımı daha 45 milyon insanın kəskin aclıq vəziyyətinə düşməsinə səbəb ola bilər. Bu isə qlobal aclıq səviyyəsinin rekord həddə çatması demək olacaq və bu, çox qorxunc bir perspektivdir”, — deyə Karl Skau bildirib.
Hazırda dünyada 319 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir. Bu rəqəm beş il əvvəlki göstəricidən üç dəfə çoxdur.


