BMT-nin baş katibi Antonio Guterres bildirib ki, Qəzza sektorunda əhalinin 75 faizindən çoxu kəskin ərzaq qıtlığı riski ilə üz-üzədir.
“Qəzzada 1,6 milyon insan — bu, əhalinin 75 faizindən çoxudur — son dərəcə ağır ərzaq çatışmazlığı və kritik qida çatışmazlığı riski ilə qarşılaşacaq,” — deyə o vurğulayıb.
Guterreş humanitar yardımın artırılmasının həyati əhəmiyyət daşıdığını qeyd edərək, Qəzza ilə sərhəddə daha çox keçid məntəqəsinin açılmasına və humanitar təşkilatların təhlükəsiz fəaliyyətinə çağırıb.
“Bizə real və davamlı atəşkəs lazımdır. Daha çox açıq keçid məntəqəsi, həyati məhsullara qoyulan məhdudiyyətlərin aradan qaldırılması, Qəzzaya təhlükəsiz humanitar marşrutlar, ciddi maliyyələşmə və maneəsiz giriş tələb olunur,” — deyə BMT baş katibi bildirib.

