Afrikada təxminən 300 milyon insan 2030-cu ilə qədər kəskin aclıqla üzləşə bilər. Bu barədə Efiopiyada Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətinin rəhbəri Simona Eşlimann məlumat verib. O, bu fikri Addis-Abebada Rossotrudniçestvo tərəfindən təşkil olunan Afrika ölkələrinin ərzaq suverenliyinə həsr olunmuş beynəlxalq konfransın plenar iclasında səsləndirib.
Eşlimann bildirib ki, son dörd ildə 26 Afrikan ölkəsində ərzaq qiymətləri iki dəfədən çox artıb. Səbəb — iqlim dəyişikliyi nəticəsində əkin sahələrinin sıradan çıxması, heyvandarlığın zəifləməsi və ərzaq sisteminin çökməsi.
Hazırda qitə əhalisinin dörd nəfərindən biri kifayət qədər qida tapa bilmir. Bir çox Afrika ailələri gündəlik qida qəbulunu kəskin şəkildə azaltmağa məcbur olur, bu isə onsuz da ağır olan humanitar böhranı daha da dərinləşdirir.

