ABŞ Senatı yerli Amerika əsilli Markveyn Mallinin Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib. Səsvermə C-SPAN telekanalı tərəfindən canlı yayımlanıb.
Səsvermənin nəticələrinə görə namizədliyi 54 senator dəstəkləyib, 45 qanunverici isə əleyhinə çıxıb. Təsdiq üçün sadə səs çoxluğu tələb olunurdu.

