ABŞ prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyində kadr dəyişikliyini açıqlayıb.
O, bu barədə Truth Social sosial şəbəkəsində məlumat verib.
Trumpun sözlərinə görə, nazirliyin hazırkı rəhbəri Kristi Noem vəzifəsini tərk edəcək, onun yerinə isə Oklahoma ştatından senator Markueyn Mallin təyin olunacaq.
“Böyük hörmətə malik Oklahoma senatoru Markueyn Mullinin 31 mart tarixində ABŞ-ın yeni daxili təhlükəsizlik naziri olacağını elan etməkdən məmnunam”, — deyə Donald Tramp bildirib.
ABŞ prezidenti həmçinin Kristi Noemə gördüyü işlərə görə təşəkkür edib və qeyd edib ki, o, səlahiyyət müddəti başa çatdıqdan sonra Qərb yarımkürəsində təhlükəsizlik məsələləri ilə məşğul olacaq yeni hökumət qurumuna rəhbərlik edəcək.
Bildirilib ki, Markueyn Mallinin namizədliyi qanunvericiliyə uyğun olaraq təsdiqlənmə prosedurundan keçməlidir.

