ABŞ rəhbərliyi İranla müharibənin başa çatdığını 9 aprel tarixində elan etməyi planlaşdırır.
Bu barədə Ynet İsraildən olan bir rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton 9 apreli müharibənin bitməsi üçün hədəf tarix kimi müəyyən edib.
Bildirilir ki, ABŞ və İran arasında danışıqlar bu həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Mənbə iddia edir ki, müharibənin həmin tarixədək başa çatması ABŞ Prezidenti Donald Trampın İsrailə səfərinə imkan yarada bilər.
Qeyd olunur ki, bu halda Tramp İsrailin Müstəqillik Günündə ölkəyə səfər edərək “İsrail mükafatı”nı ala bilər.

